• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 28.02.2024 17:01

Fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb. Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.