Zaqatalada polis Gəncə şəhər sakini Mövsüm İsgəndərovu saxlayıb. Daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncəyə apararaq orada satmaq istədiyi müəyyən edilib. Şəxs əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqataladakı ünvandan narkotiki götürüb getmək istəyərkən yaxalanıb. Faktla bağlı cinayət işi başlanıb.
- Baxış: 176