• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 27.02.2024 10:25

Yaşayış evi yanıb

KepezTV Player

Zaqatalada ikimərtəbəli, 9 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan evdə baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. Hadisə zamanı evin dam örtüyünün yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.