• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2495
— 25.02.2024 20:28

Minik avtomobili çaya aşıb, ölən və yaralananlar var

Lerikdə rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb. Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini olan Hüseynov soyadlı şəxs isə xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.