• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 25.02.2024 20:27

Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Kütləvi qətliam zamanı Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur. 32 il əvvəl baş verən qanlı hadisələri Xocalı sakinlərin dilindən eşidək.