• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2446
— 24.02.2024 18:09

Yeni tikilən İdman Sarayında yanğın olub, 3 nəfər zəhərlənib

KepezTV Player

Gəncə şəhəri Nizami Gəncəvi prospektində yeni tikilən İdman Sarayının çardaq hissəsində yanğın qeydə alınıb. FHN əməkdaşları əraziyə cəlb olunublar. Alov söndürülüb. Yanğını söndürməyə çalışarkən zəhərlənən 3 usta - 30 yaşlı Hüseynov Kamil Xudaverdi oğlu, 39 yaşlı Babayev Amil Vahid oğlu, 32 yaşlı Əlibəyli Dünyamin Etibar oğlu Gəncə şəhər Birləşmiş Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıblar. Vəziyyətləri orta-ağır qiymətləndilir. Fakt araşdırılır.