• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2095
— 24.02.2024 14:59

İranlı narkotacirlərin daha bir narkokuryeri saxlanılıb

KepezTV Player

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb. Ondan 2 kiloqram 355 qram çəkidə heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.