• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 24.02.2024 12:01

12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb

KepezTV Player

Gəncənin Şahsevənlər küçəsində 12 yaşlı qızına bud nahiyəsindən daxilə keçməyən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən İlham İsrafilov saxlanılıb. Qız Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Məlumata görə, İlham İsrafilov həyat yoldaşı ilə mübahisə edib. Bu zaman onlar arasında davanın qarşısını almaq istəyən uşaq xəsarət alıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.