• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 24.02.2024 11:38

Ağır yol qəzası olub, ölən və yaralananlar var

Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan "Mercedes Vito" markalı mikroavtobus Göygöl rayonunda "QAZ " markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdulayev hadisə yerində ölüb. Onun meyiti nəqliyyat vasitəsindən FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəmkir sakinləri Vüsal Babayev, Xalidə İsayeva, Xudayar Musayev, Anar Qasımov, Elşanə Musalı xəsarət alaraq xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.