• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1157
— 23.02.2024 16:49

Ağdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.  Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. Müdafiə Nazirliyindən bildirilib ki, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.