• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 22.02.2024 19:26

Prezident sərəncamlar imzalayıb

KepezTV Player

Samir Rzayev “Azərbaycan Hava Yolları”nın birinci vitse-prezidenti vəzifəsindən azad edilərək AZAL-ın prezidenti təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd olunacağı ilə bağlı da sərəncam imzalanıb. Dövlət başçısı avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən bir qrup şəxsi 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.