• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 22.02.2024 15:56

Martın 3-də 30 rayon və şəhər mərkəzində imtahan keçiriləcək

Martın 3-də 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Proses Bakı və Gəncə də daxil olmaqla 30 rayon və şəhər mərkəzində təşkil ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.