• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 22.02.2024 15:23

Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

KepezTV Player

Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür. Ombudsman Səbinə Əliyevanın soyqırımın ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması, insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması Xocalıda törədilmiş soyqırımı zamanı soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparıldığını bir daha təsdiqləyir. "Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti XX əsrin ən böyük qətliamlarından biri sayılan Xocalı soyqırımına hüquqi qiymət verməli, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir" - deyə bəyanatda bildirilib.