• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 21.02.2024 16:01

Türkiyənin milli döyüş təyyarəsi "Kaan" ilk uçuşunu həyata keçirib

Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb. “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Beşinci nəsil “KAAN” hərbi təyyarəsinin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.