• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 21.02.2024 15:42

Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq

KepezTV Player

Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub. Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. Hazırda Ağdamda 3 kəndin inşası da gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb. 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdam rayonunda bir şəhər, 12 kənd, Füzuli rayonunda 1 şəhər, 10 kənd, Xocavənd rayonunun Hardrut qəsəbəsi və Tuğ kəndi üzrə tikinti işləri davam etdiriləcək, digər hissələrdə isə layihə işləri tamamlanacaq.