• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 20.02.2024 10:14

Maraqlıdır

“Oak Island” adlı ada bu günə kimi, hələ də öz sirrini qoruyub saxlayır. 1795-ci ildə Kanadanın Oak adasında basdırılmış bir xəzinənin olduğu barədə şayiələr yayılıb. Bu şayiəni kimin yaydığı və nə məqsədlə deyildiyi məlum deyil. O vaxtdan bəri xəzinə ovçuları bu xəzinəni tapmaq üçün həyatlarını və sərvətlərini sərf etdilər. Adanın yüz illərlə yaşı var və əfsanələrə görə burada böyük, sayı-hesabı bilinməyən bir xəzinə var. Çox sayda araşdırmalar aparılsa da, hələlik heç bir xəzinə tapılmayıb. Hətta, deyilənə görə adada bir "lənət" var və bu lənətə görə, xəzinə tapılmadan əvvəl 7 nəfər ölməlidir. İndiyədək 6 nəfər xəzinə axtarışında dünyasını dəyişib.

İndi hər kəs bilir ki, maneken paltar nümayiş etdirmək üçündür. Və insan boyundakı bir kukla deməkdir. Müasir dövrümüzdə hər mağazada rastlaşdığımız, adi bir mənzərədir. Lakin 19-cu əsrə qədər maneken anlayışı başqa idi. O, dövrdə  həqiqi paltarların surətlərini geyinmiş kiçik taxta fiqurlar maneken adlanırdı. Geyim istehsalçıları bu taxta kuklaları rəsmlərin yerinə, paltarları nümayiş etdirmək üçün istifadə edirdi. Və xüsusi müştərilərini paltarla tanış etmək üçün bu formadan istifadə edirdilər.

Qadağan olunmuş qəlyanaltı qulağa qəribə gəlsə də, bu hadisə həqiqətən baş verib. Belə ki, bu yay qızartma kartof satan qəlyanaltı kafelərindən birinə, qızardılmış Mars şokoladının bu kafedə icad edildiyini göstərən plakatı endirmək göstərişi verilib. Şotlandiyanın Stounhevn şəhərindəki kafelərdən birinə, bu  reseptlə hazırlanan qəlyanaltıdan dadmaq üçün dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Aberdinşir mahalındakı bu yeməkxana bu qəlyanaltı növünün öz işçiləri tərəfindən icad edildiyini iddia edən plakatı iftixarla qapısının üstündən asıb. Lakin Aberdinşir bələdiyyəsi bildirib ki, “geniş ictimaiyyətin xeyri naminə” bu plakat oradan çıxarılmalıdır. Bələdiyyənin fikrincə, yaxşı qızardılmış Mars şokoladı şotland mətbəxi üçün pis reklam olub. 2004-cü ilədək bu qəlyanaltının reputasiyası Atlantik okeanının o tayına çatmış və ABŞ-da məşhur televiziya kanallarında yad edilmişdi.

Lalə Sadıqova

ƏTRAFLI...