• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 20.02.2024 15:39

Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırılır

KepezTV Player

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırır. Bunun üçün yeni su mənbəyi yaradılır. Proqramın icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun qazıntısı işləri davam etdirilir. Xocalının içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq. Xocalıda mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir.