• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 19.02.2024 10:10

Duyu bütünləmə mütəxəssisi

“Həyatda harmoniya tapmaq, xoşbəxtliyin açarıdır” - deyirlər. Bunun üçün isə hər sahədə balansı qorumaq gərəkdir. Bugünkü gəncimiz Mələk xanım da duyğu orqanlarımızda bütünlük tapmağın metodlarını bizimlə bölüşəcək.

Mələk Müxtarova- duğu bütünləmə mütəxəssisi: “Təsadüfən yığıncaqda yaxınımın övladının bu problemdən əziyyət çəkdiyini müşahidə etdim. Bu məsələ diqqətimi çəkdi və araşdırmalar etdim. Və uzun sürən araşdırmalarım nəticəsində bu sahədə özümü inkişaf etdirərək öz sahəmə çevirdim”.

Mələk xanımdan “Pasientlərinizdə daha çox hansı problemlərə qarşılaşırsınız və iş prinsipiniz nədən ibarətdir?” Bu barədə soruşduq.

Mələk Müxtarova- duğu bütünləmə mütəxəssisi: “Adından da göründüyü kimi duyu bütünləmə dedikdə, duyğusal problemlər nəzərdə tutulur. Pasientlərimizdə ən çox rastlaşdığımız saçların daranması, dırnaqların tutulması, paltar geyinməkdə çətinlik çəkmələr, nitqində zəifləmələr, oyuncaq və ətrafdakı insanlara qarşı laqeydlilik və bəzən gec danışmaq kimi hallarla qarşılaşırıq. İş prosesimiz fərqlidir. Rezin taxma oyunu var, bu uşağın göz kardinasiyasına, tarazlığın qorunmasına, diqqətin toparlanmasına kömək olan vasitələrdəndir”.

Gənc istedadımız bu sahədə qazandığı nəaliyyətlərdən danışdı. Qeyd etdi ki, onun ən böyük nailiyyətlərdən biri bütün pasientlərini uğurlu nəticələrlə yola salmaqdır.

Mələk Müxtarova- duyu bütünləmə mütəxəsisi: “Bu günə qədər 100-dən çox pasientim olub və onlardan müsbət geridönüşlər almağım ən böyük nailiyyətimdir”.

Son olaraq Mələk xanım gələcək arzularından danışdı və gənclərə tövsiyə verdi.

Mələk Müxtarova- duyu bütünləmə mütəxəsisi: “Gələcək arzum peşəmi daha da gözəl yerlərə gətirməkdir. Gənclərə tövsiyə edərdim ki, arzularının və məqsədlərinin arxasınca getsinlər. Peşələrini daim sevsinlər və özgüvənli olsunlar. Özgüvən varsa uğur var”.

Fidan Qədimova