• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 19.02.2024 16:44

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi keçirilib

KepezTV Player

Türkiyə Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.