• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 19.02.2024 16:04

“Startap day” layihəsinin final tədbiri keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən “Startap day” layihəsinin final tədbiri keçirilib. Layihənin ərsəyə gətirilməsində məqsəd regionda yeni ideyaçıları və startapçıları kəşf etməkdir. Eyni zamanda innovasiya və startap ekosisteminin formalaşmasına tövfə verməkdir. Vurğulanıb ki, tədbirin Gəncədə keçirilməsi məhz region gəncləri üçün innovativ düşüncə tərzinin formalaşdırılması, inkişafı, qlobal trendlərin izlənilməsi baxımından önəmli xarakter daşıyır. Tədbirdə finala vəsiqə qazanan 10 komanda içərisindən ilk 3 yer müəyyənləşdirlib.

Aişə Rzayeva