• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 16.02.2024 12:42

Yaş psixologiyası

Elə insanlar var ki, yaş sindromuna qapılırlar. Ad günlərində sevinmək yerinə, heyfislənirlər ki, bir yaşım da artdı. Ancaq elə insanlar da var ki, yaşlarının artmasına baxmayaraq, özlərini hər zaman gənc hiss edirlər. Bəs gəlin görək, yaş sindromu hansı problemlərə səbəb ola bilər?

Yaş sindromu kişi və qadınlarda 20 li yaşından etibarən başlayan bir psixoloji problemdir. Ümumiyyətlə, hər kəsdə  bu sindrom mənfi və sıxıntılı günlər yaşamağa səbəb ola bilər. 20 li yaş sindromu yaşayan şəxslərdə olduğu mövqeni bəyənməmək, həyatda bir çox şeyi bacara bilmədiyini düşünmək və uğursuzluq yaşamaqla bağlı narahatlığın olması özünü göstərir. Doğru qərar qəbul edib-etmədiyi, necə həyat yaşadığını, bu yaşa qədər nələr etdiyini, hansı məqsdələrinə çatdığını, bu yaşdan sonra hansı həyatı yaşamaq istədiyini və gələcək həyatında istəklərini ala biləcəyi haqqında düşünməyə başlayır. Bu düşüncələr ailə və iş həyatı qaydasında olan insanlarda nadir hallarda görünür. Həyatında müəyyən nizama sahib olan insanlar, vaxtında ailə və iş həyatını tənzimləyən insanlarda narahatlıq az müşahidə olunur. Həyat şəraitləri nizamda olan insanlarda “Başqa işdə daha uğurlu olardım”, və s. kimi düşüncələr olmur.

Yaş sindromu izdihamlı şəhərlərdə yaşayan insanlarda sıx rast gəlinən problemdir. Bu tip şəhərlərdə yaşayan insanlar çox zaman özünü sorğulamağa başlayırlar. 30 yaş sindromu yaşayan insanların həyatında nizam formalaşmamışdır. Belə halda ailə və sosial çevrənin gözləntiləri artmaqdadır. Gözləntilərin artması səbəbi ilə bu, istər-istəməz gəncə  təsir edir və sindroma qapılmağı qaçınılmaz olur.

Yaş sindromunun yaranma səbəbləri müxtəlifdir.

Həyatı yaşamaq üçün rəqəmlərin bir mənası yoxdur. Əsas olan odur ki, həyatda yaşadığımız anın dadını doya-doya çıxaraq.

Ülvi Cəfərov