• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 16.02.2024 10:23

Maraqlıdır

Divarın içərisindən tamamilə bütöv, 100 illik Traub adlı motosiklet tapılıb. Maraqlısı isə bu motosikletin hələ də işlək vəziyyətdə olmasıdır və unikal modeldir. Mütəxəssislər deyirlər ki, başqa bir Traub motosikleti mövcud deyil və bir çox kolleksiyaçını onun 40 il divarın içində gizlədilməsinin səbəbi maraqlandırırdı. Traub 1967-ci ildə Çikaqodan kənarda yaşayış binasını təmir edən bir santexnik tərəfindən tapılıb. O, kərpic divarı uçurub və motosiklet kolleksiyaçıları üçün heyrətamiz sirr kimi görünəcək şeyi tapıb. Binanın yaşlı sahibi oğlunun Birinci Dünya Müharibəsinə getməzdən əvvəl motosikleti oğurladığını və bir daha geri qayıtmadığını etiraf edib. Motosiklin içərisində isə hər şey sadəcə möhtəşəmdir.

1876-cı ildə Kentukkidə "Kentukki ət yağışı" kimi tanınan inanılmaz bir hadisə baş verib. Krouç adlı xanım eyvanında sabun hazırlayarkən göydən qəribə bir yağış yağdığını görüb. Yaxınlaşanda isə şoka düşüb - bu, ət yağışı idi. Çoxlarının tanrının bir işarəsi olduğuna inandığı bu hadisə tez bir zamanda bir çox elm adamının diqqətini çəkir. Ətin dadına baxmağa cəsarət edənlər onun quzu və ya maral olduğunu iddia edirdilər. Bəzi araşdırmalardan sonra ətin şahinlərin qusduğu yemək olduğu ehtimal edildi. Bu nəzəriyyə,bu qəribə hadisənin ən ağlabatan izahı hesab olunur.

Almaniyada qış vaxtında buzda konkisürmə meydançaları şəhərin hər yerində var. Əvvəllər heç vaxt konki sürməyən insanlar belə  buzda konki sürməyi öyrəməyə çalışırlar. Əgər siz, Frankfurtda konki sürməyə gedirsinizsə, onda bu qanunu pozmamaq üçün diqqətli olun. Belə ki, saatda 50 kilometr sürət həddini aşmaq qadağandır. Səbəbi isə, bir çox insanı yaralama ehtimalının yüksək olmağını düşünmələridir. Bununla belə, bir çox insanın bu sürətə çatması ehtimalı olduqca azdır, ona görə də çox narahat olmaq lazım deyil.

Maraqlı qadağalardan biri də, Romadadır. Əgər siz Romada gəzirsinizsə və ayaqlarınız yoruldusa, oturmaq üçün yer seçəndə çox diqqətli olun. Bunun səbəbi, şəhərin məşhur ispan pilləkənlərində oturmağın qanunsuz olmasıdır. Yerli hakimiyyət orqanları həddən artıq çox insanın uzun müddət burada oturduğunu, başqalarının gəzməyinə maneə törətdiyini və ya yaxınlıqdakı fast-food dükanlarından nahar yeməyini dayandırdığını bildirərək qadağa qoyub. Bu pilləkənlərdə oturanlar 160-400 avro aralığında cərimələnə bilər.

Lalə Sadıqova

 

 

ƏTRAFLI...