• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 17.02.2024 20:09

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb. Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.