• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 16.02.2024 16:05

“Qarabağ”ın sayəsində Azərbaycan Slovakiyanı geridə qoyub

KepezTV Player

“Qarabağ”ın pley-off mərhələsində qələbəsi Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. Ölkə reytinqinə daha 0,500 əmsal əlavə edilib. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Bununla Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib.