• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 16.02.2024 11:44

3 milyon manatdan artıq fırıldaqçılıqda şübhəli bilinən şəxslər həbs olunub

KepezTV Player

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova yaxalanıb. Bildirilib ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmiş və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 manatdan artıq zərər vurub.Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.