• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 16.02.2024 09:55

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

KepezTV Player

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub. 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

Alyona Kolesnik ilk dəfə Avropa çempionu olub

Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik də dünən Avropa çempionatında final görüşünə çıxıb. 59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə üz-üzə gəlib. Ukraynalı rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.