• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2148
— 15.02.2024 19:45

Kasko sığortanın üstünlükləri

KepezTV Player

Avtomobilin icbari sığortası qəza zamanı qarşı tərəfə dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsi ilə nəticlənir. İcbari sığorta həm də məsuliyyət sığortası da adlandırılır. Yəni sığorta sürücünün məsuliyyətini sığortalayır. Qanunvericiliyə görə icbari sığortada qarşı tərəfə 5 min manata qədər ödəniş edilir. 5 mindən artıq qarşı tərəfə zərər dəyərsə həmin şəxs mülki iddia qaldırıb məhkəməyə müraciət edərək həmin məbləği ala bilər. Bununla bərabər avtomobillərin kasko sığortası da mövcuddur ki, bu ancaq könülü şəkildə sürücü ilə sığorta şirkəti arasında bağlanan müqavilənin şərtlərinə uyğun tənzimlənir. Yəni  qaydalara görə təbii fəlakət, oğurluq, yanğın zamanı avtomobilə dəyən ziyanı da kasko sığorta şirkəti ödəyir. Yalnız sürücü qəza baş verən zamanı sərxoş olarsa dəyən ziyanı  kasko sığortası qarşılamır. 

 

Sığorta şirkətinin nümayəndəsi Elnur Həsənov Oğurluqdu, nəqliyyat vastələri yolda hərəkət edərkən hər hansı bir daşın ön alın şüşəsinə dəyib pəncərəsi sınırsa onuda  kasko sığorta  ödəyir. Hətta yeni avtomobillərə biz serviz təminatı da təklif edirik. Avtomobilə hər hansı zərər dəyərsə servizdə təmir olunmasını da təklif edirik. Kaskonun çox üstünlükləri var.
 

Kasko ödənişlər isə avtomobilin bazar dəyərinə görə hesablanır. Yəni avtomobilin qiymətinə uyğun kasko sığorta təyin edilir. Müqavilədə təyin edilən məbləğə qədər dəyən ziyanı sürücülərə kasko sığorta şirkəti tərəfindən tam ödənilir.
 

Sığorta şirkətinin nümayəndəsi Elnur HəsənovSığortalayan vaxt avtomobilin mövcud bazar dəyəri 30 min manatdırsa yəni 30 minə qədər təminat əldə edir. 70 faizdən yuxarı ziyan dəyərsədə tam məhv olunmuş hesab olunur. Müqavilədə franşist ola bilsin ki, nəzərdə tutulur bu da ola bilsin ki, 200, 500 və yaxudda 1000 manat ola bilər. Həmin franşistdə çıxılır və yerdə qalan sığorta pulu ödənilir
 

Könüllü olduğu üçün bəzən kasko sığortanın ödənişlərində gecikmələr və yaxudda onun verilməməsi də ola bilir. Bu hal isə qanunvericiliyə uyğun tənzimlənir.
 

Hüquqşünas Nail Qarayev:  Məhkəmə tərəfindən və yaxudda aidiyyatı təşkilatlar tərəfindən sığorta şirkətinin həmin ödənişləri həyata keçirməməkdə və yaxudda qismən həyata keçirilməsi ilə bağlı hallar aşkar olunduğu təqdirdə qanunvericiliyin müvafiq müddaları ilə həmin şirkətlər barəsində tədbirlər görülür. Bunlar cəza tədbirləri, cərimələrlə həyata keçirilir.
 

Sürücülər arasında isə kasko sığortaya maraq artmaqdadır.  
Sürücü Vüqar Rüstəmov: İcbari sığortanı 50 manata elətdirmişəm. Amma kasko sığortam yoxdur. Hazırda çalışıram ki, kasko sığortada elətdirim. Ona görə ki, kasko sığorta hər cəhətdən yaxşıdır ki, nə zərər dəysə ödəyirlər.


Sürücü Tural Musayev:  Kasko elətdirmək daha xeyirlidir ki, hər hansı qəza olsa belə kaskoya görə təmir olunur. Məsləhət görərm ki, hər bir vətəndaş, hər bir avtomobili idarə edən şəxs bunlardan yararlansın.

Sürücü Akif Rzayev:  Kasko sığortanın üstünlükləri çoxdur. Çünki hər bir hadisəsədə kasko sənə dəyən ziyanı ödəyir. Qiyməti yönlü olarsa kasko çox yaxşıdır. Məcburi sığortadan qat-qat üstündür. Qiymətləri sərf edərsə məndə gələcəkdə bu haqda fikirləşərəm.

 

Sığorta mövcud risklərin qarşılanmasıdır. Vacib olan onun icbari və ya kasko forması yox, ehtiyatı əldən verməyib qaydalara riayət etməkdir. Qaçılmaz olan hadisələrdə isə sığorta vacib amil hesab edilir. 
Elnur Vahidoğlu