• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 15.02.2024 16:24

"Kəpəz" qapıçısı: "Maraqlı oyun izləyəcəyik"

KepezTV Player

"Braqa" - "Qarabağ" qarşılaşması "Kəpəz"in portuqaliyalı qolkiperi İqor Rodriqesin də gözlədiyi matçlardandır. Gəncə klubunun üzvü pley-off mərhələsi öncə televiziyamıza ilk oyun haqqında fikirlərini bölüşüb.

İqor Rodriqes- "Kəpəz" in qapıçısı: "Düşünürəm ki, çox gərgin oyun olacaq. Həqiqətən səbirsizliklə gözləyirəm bu matçı. "Braga" Portuqaliyanın ən yaxşı klublarındandır. Baxımlı futbol oynayırlar. Topla səbirli davranırlar. Əks hücumlarda çox güclüdürlər. "Qarabağ" da Azərbaycanın ən yaxşı komandasıdır. Onlar da yaxşı futbol ouyanyırlar, əzmkardırlar. Ona görə də düşünürəm ki, maraqlı oyun izləyəcəyik".