Andiçmə mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.
Şəhidlərin xatirəsi anılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
- Baxış: 128