Necə deyərlər, “Mədəniyyət xalqın təməlində dayanan əsas faktorlardan biridir”. Bəs biz gənclər bu anlayışlara qarşı nə dərəcədə diqqətliyik? Mədəni irsimizi qoruyub saxlayan muzeylərin həyatımızdakı rolu hansı aspektdədir?
Milli mədəniyyət, milli siyasətin istinad etdiyi başlıca istiqamətlərdən biridir. Bu mənada muzeylər digər sahələrə nisbətən milli psixologiyanı daha dürüst və obyektiv əks etdirir. Muzeylər, arxivlər, kitabxanalar, tarix və memarlıq abidələri hər bir xalqın mədəni irsini mühafizə edən mədəniyyət ocaqlarıdır.
İlknur İsgəndərova- Gəncə Heydər Əliyev Mərkəzinin direktoru: “Biz Ulu Öndər Heydər Əliyevin xatirələrini, onun həyat fəaliyyətini daim qoruyub-saxlamağa çalışırıq və çalışacağıq. Gənclərin uğur yolunun təməlində onun siyasi və qüdrətli addımları dayanır”.
Cəmiyyətin inkişafının keçid dövrü olan transformasiya dövründə, dövlətin yeni siyasi-iqtisadi və mədəni əsaslarının formalaşmağa başladığı vaxtlarda muzeylərin rolu danılmazdır. Milli sərvətin unikal qoruyucusu kimi, muzeylər özlərinin bilik kolleksiyasına müasir cəmiyyətin mədəni sərvətlərini daxil edirlər. Bizim doğma yurdumuz Gəncədə isə, tariximizdə iz salan, qəlbimizdə əbədiyyata qovuşan Ulu Öndər Heydər Əliyevin muzeyi var.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməli və onun inkişafı naminə addım atmalıdır”.
Tellan Zeynalova
- Baxış: 187