• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1288
— 13.02.2024 19:49

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirdiyi qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələrini açıqlayıb. Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 725 bakalavrdan 421 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.