Gəncədə yol polisi nəzarət-yoxlama tədbirləri zamanı “Volkswagen” və “Niva” markalı avtomobillərin sürücülərinin qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsini müəyyənləşdirib. Sürücülər barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib. “VAZ-2107” markalı avtomobilin sürücüsü, Gəncə sakini Amil Şərifov yol-hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin, avtomobilin ön yan şüşələrinə tünləşdirilmiş örtük yapışdıran sürücünün il ərzində bir dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati tədbir görüldüyü və sürücülük hüququndan məhrum olduğu aşkara çıxıb. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan bir qrup gənc barəsində qanunamüvafiq tədbir görülüb.
- Baxış: 172