KepezTV Player
Azərbaycan taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazanıblar. Yeniyetmələrdən ibarət yığmanın heyətində Məryəm Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 6 rəqibini məğlub edərək birinci yeri tutub. Gülay Əliyeva isə yarışı bürünc medalla bitirib. Azərbaycan taekvondoçusu yarımfinaladək 4 mərhələ keçib. Yarışda yeniyetmə oğlanlar da mübarizəyə qoşulacaqlar.
- Baxış: 184