• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 09.02.2024 11:58

Kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir

KepezTV Player

Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış Raşid Beqlaryanın göstərdiyi ərazidə ötən ilin noyabr ayında axtarış və qazıntı işlərinə başlayıb. Əsgəran qalası ətrafında aparılan işlər çərçivəsində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.