• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 08.02.2024 16:51

ŞƏT-in Baş katibi: Bu seçkilər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir

KepezTV Player

"Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib. Təşkilatın Baş katibi Can Min deyib ki, Azərbaycan şəffaf seçkilərin keçirilməsində maraqlı olduğunu sübut etdi. Prezident seçkiləri seçici fəallığı ilə diqqət çəkib. Qanunvericiliyin tələblərinə uyğun olan seçki prosesində iştirak edənlər üçün bütün imkanlar yaradılıb. 

Can Min - Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi: "Şəxsən mənim üçün Azərbaycanda keçirilən tarixi seçkidə iştirak etmək böyük şərəf idi. Bizim missiyanın tərkibində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, qanunverici, icraedici orqanlarının nümayəndələri təmsil olunub. Azərbaycan tərəfindən beynəlxalq müşahidəçilərin dəvət edilməsi seçkilərin şəffaflığının və demokratikliyinin göstəricisidir. Bu seçkilər ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.