• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 08.02.2024 16:10

Prezident seçkilərində namizədlər dövlətimizin başçısını qazandığı parlaq qələbə münasibətilə təbrik ediblər

KepezTV Player

Prezidenti seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev, Razi Nurullayev, həmçinin Zahid Oruc və Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevə zəng ediblər. Namizədlərin hər biri demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş seçkilərdə yenidən parlaq qələbə qazanması münasibətilə Azərbaycan Prezidentini təbrik edib, səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının ifadəsi, ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə verilən yüksək qiymətin və dəstəyin əyani təzahürü olduğunu bildiriblər. Dövlətimizin başçısı prezident seçkilərində iştirak edən namizədlər arasında konstruktiv dialoqa əsaslanan siyasi mədəniyyətin nümayiş etdirilməsini müsbət qiymətləndirərək seçkiqabağı təşviqat prosesi zamanı namizədlər tərəfindən səsləndirilmiş bir sıra təkliflərin nəzərə alınacağını qeyd edib.