• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 08.02.2024 15:54

Ərəb Parlamentinin prezidenti: "Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik"

KepezTV Player

Növbədənkənar prezident seçkilərində qazandığı böyük uğura görə Azərbaycanı təbrik etmək istəyirəm. Bunu Ərəb Parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qurumun prezidenti, nümayəndə heyətinin rəhbəri Adel bin Əbdulrəhman əl-Asumi deyib.

Adel bin Əbdulrəhman əl-Asumi- Ərəb Parlamentinin prezidenti: "Dünən biz bir çox seçki məntəqələrində müşahidə apardıq. Olduğumuz seçki məntəqələrinin hamısında çox yüksək fəallıq müşahidə etdik. Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik. Hər bir seçici ölkə prezidenti kimi görmək istədiyi namizədə səs verə bilib. Seçkilər şəffaf keçib və biz Ərəb Parlamenti olaraq bunu alqışlayırıq".