• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 07.02.2024 20:57

1769 nəfər ilk dəfə səs verib

KepezTV Player

Seçkilər 101 saylı Samux-Şəmkir seçki dairəsi 56 məntəqəsinin hamısında baş tutub. Məntəqələrdən 32-i Samux, 24-ü isə Şəmkir ərazisində yerləşən dairə üzrə 54 min 553 nəfər səsvermə hüquqlu olub. Məntəqələrin 9-da prosesi canlı izləmək üçün veb-kameralar quraşdırılıb. Seçicilərin fəallığı yüksək olub. 

Bayram Qasımov- 101 saylı DSK-nın sədri: “Seçkilər artıq yekunlaşıb. Heç bir insident baş verməyib. Hər şey qaydasındadır. Seçici fəallığı çox yaxşıdır. Yəqin ki, biz də respublika üzrə ən yaxşı göstəricilərdən birinə nail olmuşuq. 

101 saylı seçki dairəsinin qeydiyyatında olan seçicilər səsvermənin gedişindən razı qaldıqlarını bildiriblər. Məntəqələrdə olan müşahidəçilərin və vab-kameraların şəffaflığın təmin olunmasında önəmini vurğulayıbar.

Bulud Səmədov- seçici: 84 yaşım var. İndiyə kimi mən 5 dəfə prezident seçkisində iştirak etmişəm. İndi də gəlmişəm yeni prezident seçilməsinə səs verməyə. Seçki çox şəffaf keçirilir. Burada hər hansı narazılıq yoxdur.

Seçkilərdə orta və yaşlı nəslin nümayəndələri ilə yanaşı ilk dəfə səsvermə hüququndan istifadə edən seçicilər də iştirak ediblər. Samux rayonu üzrə bu say 1769 nəfərdir.

Rəksanə Süleymanova- seçici: 18 yaşım yeni tamam olduğu üçün ilk seçici sayılıram. Və mən ilk səsimin zəfər seçkisinə təsadüf etməsi ilə bağlı özümü çox xoşbəxt hiss edirəm. Mən düşünürəm ki, Azərbaycan bu seçkidə də öz qələbəsini qazanacaq. Bu səbəbdən bütün xalqıma və millətimə uğurlar arzulayıram. İnşallah, Azərbaycan layiqli namizədi seçər.

Lalə Babayeva- seçici: 18 yaşım var. İlk dəfə seçici kimi səsvermədə iştirak edirəm. Ümid edirəm ki, seçdiyim namizəd də prezident olar”.

Təlimata uyğun olaraq səsvermə prosesi saat 19:00-da yekunlaşıb.