• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 07.02.2024 20:53

Şəmkirdə də seçkidə aktivlik nümayiş olunub

KepezTV Player

Şəmkirdə ümumilikdə 110 min 334 seçici arzuladığı namizədə səs verib. Səsvermə başlayan ilk dəqiqələrdən etibarən vətəndaşlar məntəqələrə kütləvi şəkildə axın ediblər. Çəkiliş apardığımız 102 saylı Şəmkir şəhər seçki dairəsinin 1 saylı məntəqəsində də qələbəlik hiss olunub.

102 saylı Şəmkir şəhər seçki dairəsinin məntəqələrində də seçici fəallığı olub. 

Eyni zamanda bütün məntəqələrdə olduğu kimi Şəmkirdə də müşahidəçilər seçkini yaxından izləyiblər. Bu Rayonda 1000-dən çox müşahidəçi qeydiyyata alınıb.

 102 saylı Şəmkir şəhər seçki dairəsin 1-i qapalı olmaqla 50 məntəqəsində 54 min 463 vətəndaş istədiyi namizədə səs verib.

 103 saylı Şəmkir kənd seçki dairəsində isə 1 qapalı olmaqla 48 məntəqədə seçkiylə bağlı səhər saat 8-dən axşam saat 7-ə kimi açıq olub. Bu dairədən 55871 nəfər gələcəkdə görmək istədiyi ölkə rəhbərinə səs verib.