• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 07.02.2024 19:53

Bayram ab-havalı seçki prosesi

KepezTV Player

109 saylı Qazax DSK-nın 9 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı ilə müşayiət olunub. Məntəqədə 1187 seçici qeydə alınıb. Onlardan 20 nəfər ilk dəfə səsvermə hüquqlu olub. Seçicilərdən 10 nəfərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən daşınan seçki qutuları aparılıb. 41 məntəqəsi olan dairə üzrə 49 min 414 seçici qeydə alınıb. Onlardan 3642 nəfəri ilk dəfə səs verib. 18 yaşı tamam olan seçicilərin sayı isə 87 nəfər təşkil edib. Dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb. 109 saylı DSK-nın 5 nəfər seçicisinin isə 100-dən yuxarı yaşı var.

Elçin Məmmədov- seçici: Onu qeyd edim ki, bu seçkilər yüksək əhval-ruhiyyədə keçir. İlk dəfədir ki, bütöv müstəqil halda rayonumuzun sakinləri seçkilərə gedir. Bu səsvermə ilə yanaşı böyük bayram əhval-ruhiyyəsindəyik. Bu bayram əhval-ruhiyyəsində olmağımızın səbəbi torpaqlarımızın bütöv olması və müstəqilliyimizin daha da möhkəmlənməsi şəraitində keçir. Ona görə də builki seçki bizim üçün bayram günüdür”.

Kəsirə Mustafayeva- müşahidəçi: “Çox gözəl, real seçki gedir. Seçicilərə də təşəkkür edirəm ki, seçkidə fəal iştirak edirlər. Real, şəffaf, gözəl, heç bir qayda pozuntusu yoxdur. Heç kim, heç kimə təsir eləmir. Hər kəs özü kimə istəyir, ona da səs verir”.