Həyat sənin baxışında məna qazanar, ya təkcə bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zaman qazanar.
Nəsibə Hacıyeva- dosent: “Həyat, çox mürəkkəbdir. Bu mürəkkəbliyi aradan qaldırmaq üçün ilk insanda səbr olmalıdır. Səbrli insan daha çox qazanır. Dünyada uğurlu insanların həyatına baxsaq, onların səbr nəticəsində o yerlərə gəldiyini görə bilərik”.
Həyat bəzən ağ-qara bəzən də rəngarən olaraq insanların baxış bucaqlarına görə dəyişilir. Bunun əsas səbəbi dostlarımız və ətrafımızda olan insanların nəticəsində dəyişilir. Həyatda etdiyimiz yanlışlarla üzləşmək qorxusu gələcəyə dair addımlar atmağımıza mane olur çox zaman. Amma bunun yerinə ayna qarşısına keçib özümüz və yanlışlarımıza barışıb həyata davam etməliyik.
Tofiq Quliyev- tələbə: “Gənc olaraq əvvəllər olan uğursuzluqlara daha aqressiv yanaşırdım. Ancaq ki, zaman keçdikcə daha səbrli olmağın doğru seçim olduğunu gördüm”.
Çox zaman həyatımızda baş verən dəyişikliklərin əsas hissəsini ailəmizlə bərabər dostlarımızın düşüncələri də önəmlidir.
Xalidə Quluyeva- tələbə: “Həyatımda olan problemlərdən nəticə çıxararaq dərs almağı sevirəm. Həyatımızda olan yanlış insanlardan dərsi, onları həyatımızdan çıxarmaqla verə bilərik”.
Həyat avtomobili idarə etmək kimidir. Nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq imkanı hər zaman var.
Ürfanə Əzimova
- Baxış: 231