• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 06.02.2024 10:34

Dolğu

Hər bir xanım gözəlliyinin və cavanlığının daimi olmasını arzulayır. Bunun üçün də estetik kosmetologiyada müxtəlif prosedurlar tətbiq edilir. Botoks ve dolğu proseduru isə günümüzdə daha geniş istifadə olunan prosedurlardan biridir.

Əlverişsiz ətraf mühitin təsirinə üz dərisi daha tez və çox məruz qalır. Eyni zamanda, üz insanın keçirdiyi bütün emosiyaları əks etdirən bir ekran rolunu oynayır. Mimik əzələlərin təkrar yığılıb-boşalması müvafiq dəri zonalarının genişlənməsinə səbəb olur ki, bu da qırışların yaranmasına gətirib çıxarır. Yaş ötdükcə dərinin elastikliyi azalır, üzün gənclik dolğusu itir.

Samirə İsmayılova:2 ildir ki, dolğudan istifadə edirəm - 6 ay aralıqlarla. Faydası da çox gözəldir. İynə vurulanda bir az qızartı olur, məndə göyərmə və şişkinlik olmur”.

Son iyirmi ildə nevropatoloqlar botoksdan göz qırpmaları və səyirmələri kimi problemlərdə istifadə edirlər. Vurulduğu yerin parlaq, şəffaf və hamar olduğunu görəndən sonra zamanla botoksdan göz ətrafı qırışların aradan qaldırılması üçün də  istifadə edilməyə başlandı. Hazırda Avropanın bir çox ölkələrində botoksdan əzələ-sinir ağrılarında və miqren xəstəliklərində istifadə edirlər. Botoksdan ildə iki dəfə istifadə etmək olar. Onun fəsadı yalnız qeyri-peşəkarlar tərəfindən düzgün vurulmadıqda ola bilər.

Biz bu gün botoksu araşdırdıq. Bəs gəlin görək botoksla dolğu arasındakı fərq nədir və üzün gəncləşməsi üçün hansı daha effektivdir? İstərdik sualımızı mütəxəssislər cavablandırsın.

Leyla Əliyeva

ƏTRAFLI...