• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 07.02.2024 08:53

Seçkilərdə bayram əhval-ruhiyyəsi

KepezTV Player

Azərbaycanın Çindəki səfirliyində də prezident seçkilərində səsvermə başlayıb. Səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb. Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkiləri ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkilərə bayram əhval ruhiyyəsində qatılırlar.