• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 05.02.2024 10:20

Ailə dəyərləri

Ailə bir dövlətdir. Və bu dövləti qorumaq isə valideyinlərin üzərinə düşür. Belə düşünürəm ki, hər biriniz ailə daxilində kiçik də olsa belə münaqişələr yaşamısınız. Əsas olan odur ki, belə problemlərlə qarşılaşdığınız zaman fərdlər buna necə reaksiya verir. Ailə dəyərlərini qorumaq, ailədaxili münasibətləri ən mükəmməl şəkildə inkişaf etdirmək gələcək nəsil üçün mütləqdir.

Ailə - Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında ailənin böyük rolu var. Ən başlıca gəncin şəxsiyyət kimi formalaşması üçün sağlam düçüncəli ailənin olması mühümdür. Sağlam düşüncəli ailə dedikdə isə bir- birinə hörmətlə yanaşan, bir-birinə güvənən, hər hansı bir çətin vəziyyətdə bir-birini günahlandırmaq yerinə çıxış yolu tapan, ən böyük zərbələrdə belə yıxılmayan, ən başlıca gəncə düzgün tərbiyəni verən və sonra gəncə təhsil verən ailə nəzərdə tutulur. Ailənin möhkəmliyi ana və atadan çox asılıdır. Valideynlər nə qədər savadlı, tərbiyəli və nə qədər dünya görmüş olarsa ailə bir o qədər sağlam olar və ailədə sağlam düşüncəli fərdlər yetişər. Lakin ən başda tərbiyə çox önəmlidir. Atalar yaxşı deyib, “əzizim əziz, tərbiyəsi ondan əziz”. Möhkəm ailənin olması üçün başqa bir vacib amil də xərclərin məntiqli şəkildə idarə olunmasıdır. Xoşbəxtlik üçün maddiyatın nə qədər önəmsiz olduğunu desək də, maddiyat da vacibdir. Çünki, ailələr çox zaman ən böyük sarsıntıları maddi cəhətdən alırlar və bir çox zaman da ailələrin dağılmasına belə səbəb ola bilir. Ailə dəyərlərinin güclü olmasının ən başlıca səbəbi də elə budur, hər zaman bir yerdə olmağı bacarmaq. Bir arada qala bilmək. Ailənin güclü olması üçün ailə fərdlərinin bir-birinə güvənməsi vacibdir. Çünki, ailədə güvən olmasa hər hansı bir anlaşılmazlıqda ailə fərdləri hadisəni araşdırmadan çox rahat bir şəkildə bir-birlərini günahlandıracaq. Ailəni daha xoşbəxt etmək üçün onu sevgi ilə, qayğı ilə bəsləmək lazımdır. Ana və ata arasında nə qədər çox hörmət olarsa, bir o qədər də ailə bağları qüvvətli olar.

Dəyərlə hər daim öndə tutulmalıdır. Burda isə ən başlıca vəzifə valideyinlərin üzərinə düşür. Gələcək nəsillərin necə bir dəyər qazanacağı bugünkü valideyinlərdən asılıdır.

Ülvi Cəfərov