• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 04.02.2024 19:34

Xanımların peşə məktəblərinə marağı çoxalıb

KepezTV Player

2021-2022-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4 min 911 nəfərini qadınlar təşkil edib. Bu tədris dövründə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6 min 931-i xanımdır. Gəncədəki Peşə Təhsili Mərkəzlərinə də qəbul olan xanım tələbələrin sayında artım var. 

Nağı Nağıyev- Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini: “Keçən il 980 tələbədən 420 nəfər idi, amma bu il 980 tələbədən 591-i nəfər qadındır. Keçən il elə qruplarımız var idi ki, 20 nəfərdən 10-u oğlan idi, ancaq bu il həmin 20 nəfərdən 17-si qız, 3-ü oğlandır. Əvvəllər peşə təhsilinə diqqət-qayğı az göstərilirdi deyə, ona görə xanımlar uzaq qalırdılar. Amma indi yeni açılan ixtisaslar, subbakalavr səviyyəsi nəticəsində xanımların daha çox üstünlük təşkil etdiklərini görə bilirik”.

Peşə məktəblərində qadınlar ən çox dayə, qrimçi-pastijor, laborant-mikrobioloq, moda dizaynı, xalçaçı kimi peşələrə yiyələnmək arzusundadırlar. Ancaq bununla yanaşı digər ixtisaslara da maraq az deyil.

Turanə Ağayeva- tələbə:  “Uşaqlıqdan şiniyyata marağım böyük idi. Peşə məktəbində belə qrupun yarandığını öyrəndim və bura yazılmağa qərar verdim. Əvvəllər peşə məktəbinə baxış tamam başqa idi. İndi daha müasirləşib, təkmilləşibdir. Şirniyyat ixtixası üzrə də daha təkmilləşmişik. Hər kəsə də deyərdim ki, gəlsin mənim kimi peşə məktəbində təhsil alsın, özünü daha da təkmilləşdirsin, müəyyən uğurlara nail olsun”.

Aytən Süleymanova- tələbə: “Moda dizayn ixtisasına həvəsim olduğu üçün və gələcəkdə böyük moda dizayneri olmaq üçün bu peşəni seçmişəm. Burada bizə çox kömək edirlər, hər şeyi öyrədirlər. Gələcəkdə də dizayn peşəsinə sahiblənib, böyük bir dizayner olmaq istəyirəm”.

Qadınların peşə məktəbində az seçdiyi bəzi maraqlı ixtisaslar da var. Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik ixtisasında təhsil alan tələbələrin 5 faizini qadınlar təşkil edir. Bundan başqa baytarlıq və heyvandarlıq işi, neft-kimya sənayesi aparatçısı-operatoru, aqroservis mütəxəssisi, əl elektrik qaynaqçısı, balıq yetişdirilməsi üzrə mütəxəssis ixtisaslarında qadınların iştirakı 10-15 faiz arasında dəyişir.

Orxan Cəfərzadə