• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 04.02.2024 18:53

Tərtər rayon sakini minaya düşüb

KepezTV Player

Əvvəllər təmas xətti olmuş Tərtərin Qızıloba kənd ərazisində bu gün saat 17 radələrində baş vermiş mina partlayışı nəticəsində heyvan otaran 2001-ci il təvəllüdlü Qaradağlı kənd sakini Əlizadə Həsənəli Şahin oğlu ayağından xəsarət alıb. Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib. Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.