İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Bundan irəli gələrək Dövlət Məşğulluq Agentliyi əhalinin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işlər görür. İşsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb edilməsi, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilməsində yaxından iştirak edir.
Tural Cumalıyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “2023- cü il ərzində 9518 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Onlardan 210 nəfəri Gəncə şəhərini əhatə edir”.
Görülən işlərin nəticəsi olaraq Məşğulluq Agentliyi tərəfindən ötən il 427 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onların 100 min nəfərdən çoxu “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
Tural Cumalıyev- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının şöbə müdiri: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il ərzində 118 398 nəfər işlə təmin olunub. Onlardan 3391 nəfəri Gəncə şəhərini əhatə edir. Hazırda əmək və məşğulluq alt sistemində 200-dən çox işəgötürən tərəfindən 1700-ə yaxın vakansiya mövcuddur. Vətəndaşlar uyğun iş yeri tapılması üçün Dövlət Məşğulluq Agentliyinin Gəncə Daşkəsən Regional Məşğulluq filialına müraciət edə bilərlər”.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin təminatıdır. Ona görə də bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır.
Aişə Rzayeva
- Baxış: 2974