İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlayıb. Bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev deyib. O bildirib ki, bununla da faizlərin 3-də iki hissəsi dövlət tərəfindən subsidiyalaşacaq. Fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
- Baxış: 3176