• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 01.02.2024 16:20

Seçkinin müşahidəsi üçün 7 beynəlxalq və regional təşkilata dəvət göndərilib

KepezTV Player

"Prezident seçkisini müşahidə etmək üçün rəsmi Bakı yeddi beynəlxalq və regional təşkilata dəvət göndərib". Xarici İşlər Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə belə deyib. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı 2005-ci ildə Beynəlxalq Seçki Müşahidə Prinsipləri və Davranış Kodekslərinə dair Bəyannamə qəbul edib. 55 beynəlxalq və regional təşkilat bu sənədi imzalayıb. Bəyannamə seçki prosesində informasiyaların qərəzsiz şəkildə toplanması, təhlili, eləcə də seçkiyə müdaxilə etmədən və mane olmadan pozuntuların, saxtakarlığın qarşısını almağı və hökumətlərə seçki prosesini təkmilləşdirmək istiqamətində tövsiyə verməyi nəzərdə tutur.  Azərbaycanda baş tutması gözlənilən prezident seçkisini müşahidə etmək məqsədilə ölkəyə hansı beynəlxalq təşkilatlar dəvət olunub?

Ayxan Hacızadə- Xarici İşlər Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi: "Müvafiq olaraq beynəlxalq təşkilatlara seçkilərin müşahidəsi məqsədilə dəvət göndərilib. Qeyd edək ki, bu təşkilatlar sırasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları bürosundan, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və digər beynəlxalq təşkilatlara müvafiq olaraq dəvətlər göndərilib. Və seçki prosesinin şəffaf və açıq şəkildə keçirilməsi istiqamətində XİN tərəfindən də müvafiq olaraq MSK ilə əlaqələndirilməklə müvafiq işlər həyata keçirilir və davam etdirilir".