• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 01.02.2024 16:01

Gün ərzində 900-ə yaxın tələbə imtahan verib

KepezTV Player
Azərbaycan Texnologiya Universitetində "Açıq qapı” günü keçirilib. Valideynlər imtahanı tələbələrin diqqətini yayındırmamaq üçün xüsusi otaqda monitor vasitəsilə izləyiblər. Gün ərzində 900-ə yaxın tələbənin biliyinin qiymətləndirildiyi bildirilib. Qış imtahan sessiyası ilə əlaqədar universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası da yaradılıb. İmtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib. Valideynlər övladlarının biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən danışıblar.
Aişə Rzayeva